Rusiyalı bloger Azərbaycana buraxılmadı

Rusiyalı bloger Azərbaycana buraxılmadı
  26 Avqust 2015    Oxunub:1454
Məşhur rusiyalı bloger Erik Davidoviç Gürcüstandan Azərbaycana buraxılmayıb.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Erik Davidoviç və onun çəkiliş qrupunu "Sınıq körpü" nəzarət-buraxılış məntəqəsində Azərbaycan gömrükçüləri saxlayıblar.

Gömrükçülər blogerin avtomobilində dron aparatının (pilotsuz uçan aparat) olduğunu əsas gətiriblər və onun daşınmasının qadağan edildiyini bildiriblər. Azərbaycan sərhədini keçə bilməyən Erik Davidoviç və qrupu Tiflisə dönməyə məcbur olub.


Teqlər:





Xəbər lenti