“Neft Daşları”da yeni meydançada tikiləcək

“Neft Daşları”da yeni meydançada  tikiləcək
  21 Avqust 2015    Oxunub:1503
“Neft Daşları” yatağında yeni blok tipli 1779 saylı estakadayanı meydança quraşdırılacaq.
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir.

SOCAR-dan AzVision.az-a verilən məlumata görə, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 19 metr dərinliyində yerləşdiriləcək. Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaqdır. İnşaat və istismar müddətində meydançada ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir.

Qeyd edək ki, estakadayanı meydançanın tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti