Misirdə azərbaycanlı səyyahın başına oyun açdılar - VİDEO
“Türk Hava yolları” (THY) aviaşirkətinə məxsus təyyarə ilə ötən gün Qahirədən İstanbula gedən Ziyadov başına gələnlər barədə mətbuata açıqlama verib.
Azərbaycanlı səyyah onunla casus kimi rəftar olunduğunu bildirib: “Məni casus olmaqda ittiham etdilər və Qahirəyə apardılar, bir gün nəzarətdə qaldım. Mənim üçün artıq Misir yoxdur. Səyahətə qaldığım yerdən davam edəcəyəm. Amma Misirə getməyəcəyəm”.
Azərbaycan və Türkiyə konsulluqlarından yardım ala bilmədiyini deyən Ramil Ziyadov bu iki ölkənin Misirdəki konsulluğunun fəaliyyət göstərmədiyini bildirib.
Avqustun 11-də Misirə getdiyini bildirən Ziyadov avqustun 13-də Liviyaya getmək istəyərkən səhrada silahlı şəxslər tərəfindən saxlanıldığını sonra azadlığa buraxılmasının əvəzinə cibindəki 400 dolların polislər tərəfindən götürüldüyünü qeyd edib. Pulu qurtardığından istəmədən səyahəti dayandırdığını deyən azərbaycanlı səyyah məqsədinin türk mədəniyyətini bütün dünyaya tanıtmaq olduğunu bildirib.
Xatırladaq ki, azərbaycanlı səyyah Ramil Ziyadov 2013-cü ilin may ayında velosipedi ilə dünya səyahətinə çıxıb (Anspress).
Teqlər: