“Asan Xidmət” “Azərişıq”ın işini asanlaşdırıb

“Asan Xidmət” “Azərişıq”ın işini asanlaşdırıb
  12 Avqust 2015    Oxunub:2361
"Azərişıq" ASC-nin “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyətindən bir ildən artıq müddət ötüb.
Qurumun mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, ötən müddət ərzində 9 936 nəfər abonent müraciəti qəbul edilib və bu müraciətlər qısa müddətdə müsbət həll edilib.

Müraciət edən abonentlərimizin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə cari ilin avqust ayından etibarən "Azərişıq" ASC Sumqayıt, Sabirabad və 5 saylı Bakı “Asan Xidmət” mərkəzlərində fəaliyyətə başlayıb.

Məqsəd vətəndaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında formalaşdırılmasıdır.

Asan xidmət mərkəzlərində abunəçilərimiz;

- borcun olmamasına dair arayışın verilməsi;
- elektrik enerjisi istehlakçısının dəyişdirilməsi;
- məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması;
- qeyri-əhali üzrə texniki şərt müraciətlərinin qəbulu;
- borcun araşdırılması xidmətlərindən yararlana bilərlər.


“Azərişıq” ASC yaxın gələcəkdə “Asan Xidmət” mərkəzlərində verilən xidmətlərin sayını çoxaltmaqla yanaşı Bərdə və Gəncə “Asan Xidmət” mərkəzlərində də fəaliyyətə başlanılacaq. Beləliklə, regionlar üzrə abunəçilər “Asan Xidmət” vasitəsilə verilən xidmətlərdən faydalana biləcəklər.

Sumqayıt şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə Sumqayıt abunəçiləri və eyni Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonu abonentləri müraciət edə bilərlər.

Abonentlər mənzillərindən ayrılmadan “Azərişıq” ASC-nin rəsmi internet səhifəsi üzərindən və “Elektron hökumət” portalı vasitəsi ilə təqdim edilən elektron xidmətlərimiz də faydalana bilərlər.


Teqlər:





Xəbər lenti