Silah alverçisi tutuldu

Silah alverçisi tutuldu
  07 Avqust 2015    Oxunub:1304
Qanunsuz silah-sursat alveri ilə bağlı iki nəfər tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az - a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K.Məmmədovun tüfəngi satmaq məqsədi ilə Neftçala rayon sakini Amil Heybətovdan alması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə A.Heybətov da tutulub.


Teqlər:





Xəbər lenti