26 minlik saxta pul aşkarlandı

  03 Avqust 2015    Oxunub : 1380
26 minlik saxta pul aşkarlandı
Yevlax rayonu ərazisində saxlanılan “Mercedes” markalı avtomobildən saxta əskinaslar, narkotik vasitə və müxtəlif növ dərman preparatları götürülüb.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, DİN Baş Cinayət Axtarışı İdarəsi, Yevlax RPŞ və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Aşağı Qarxun kəndinin ərazisində Göygöl rayon sakini Əli Mahmudovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılan və avtomobilə baxış zamanı ümumi məbləği 26,550 manat olan 41 ədəd 100 manatlıq, 415 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq saxta əskinaslar, 0,428 qram heroin və müxtəlif növ dərman preparatları aşkar edilərək götürülüb.

Teqlər: