Nazir generalın qardaşına yüksək vəzifə verdi

Nazir generalın qardaşına yüksək vəzifə verdi
  28 İyul 2015    Oxunub:3990
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
AzVision.az “Report”a istinadən xəbər verir ki, Nizami rayon dövlət yol polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fail Quliyev vəzifəsindən azad edilib.

F.Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) yüksək vəzifəyə təyinat alıb.

Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.


Teqlər:  





Xəbər lenti