“Milli Ön”ü yaran dəstə tutuldu

“Milli Ön”ü yaran dəstə tutuldu
  25 İyul 2015    Oxunub:2212
Bakıda oğurluqla məşğul olan dəstə həbs edilib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Qaradağ rayonu ərazisində oğurluq etdiklərinə görə tutulmuş Amid Əliyevin, Nihad Bağıyevin və Elmar Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, iyunun 30-da Suraxanı rayon ərazisində, Rafiq Ağayevə məxsus mağazada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1199 manat oğurlamaları da müəyyən edilib.

Dəstə üzvlərinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.


Teqlər:





Xəbər lenti