Polisləri döyən qohumlar saxlanılıb

Polisləri döyən qohumlar saxlanılıb
  22 İyul 2015    Oxunub:2093
Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda polis əməkdaşlarının döyülməsi faktı ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 20-si saat 20 radələrində Göygöl rayonunun Çaylı kəndində, kənd sakinləri Rəşid Əliyev, oğlu Rəşad və yaxın qohumları Rövşən Həsənov sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün ərazidə xidməti vəzifələrini yerinə yetirən Rayon Polis Şöbəsinin əməkdaşları Habil Əliyev və Ramin Həmidov onları intizama dəvət ediblər. Polisin qanuni tələbinə riayət etməyən qayda pozucuları öz qanunazidd hərəkətlərini davam etdirərək asayiş keşikçilərinə qarşı fiziki zor tətbiq ediblər. Dərhal görülmüş tədbirlər nəticəsində onların hər 3-ü zərərsizləşdirilərək saxlanılıblar.

Faktla əlaqədar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti