Əsədov Malena Mardla nə barədə danışıb?

Əsədov Malena Mardla nə barədə danışıb?
  17 İyul 2015    Oxunub:2045
Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafına Büdcə Dəstəyi Proqramı müzakirə olunub.

M. Mard Aİ-nin 2012-2015-ci illərdə Azərbaycan Hökumətinin bir sıra tədbirlərini dəstəkləmiş Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafına Büdcə Dəstəyi Proqramının uğurla başa çatdığını deyib. Diplomat Aİ ölkələrinin Azərbaycandan qida məhsullarının ixracında maraqlı olduqlarını bildirərək, bir il yarım müddətində aqrar sahədə baş verən köklü dəyişikliklərin şahidi olduğunu vurğulayıb.

Səfir ərzaq və qida təhlükəsizliyi, regionlar və kənd yerlərinin inkişafı proqramlarının gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

H. Əsədov dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışaraq, həyata keçirilən institusional islahatlar, aqrar sektorda baş verən köklü dəyişikliklər, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, fermerlərə güzəştli kreditlərin verilməsi, elektron hökumətin yaradılması, aqrar sahədə reallaşdırılan islahatlar barədə geniş məlumat verib.

Nazir Aİ tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirərək, gələcəkdə də bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələrə həsr olunmuş video-çarx nümayiş etdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti