Ramil Usubov tapşırıqlar verdi

Ramil Usubov tapşırıqlar verdi
  11 İyul 2015    Oxunub:2830
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
DİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti yerində həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 240-a yaxın gənc də qəbulda iştirak edib.

Onların arasından xidmətə daha hazırlıqlı olan 46 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti