“Azərbaycan bu sınaqdan şərəflə çıxdı” - Fuad Ələsgərov

“Azərbaycan bu sınaqdan şərəflə çıxdı” - Fuad Ələsgərov
  02 İyul 2015    Oxunub:6601
“Azərbaycan iyunun 12-dən 28-dək ilk Avropa Olimpiya Oyunlarına layiqli ev sahibliyi etdi. Bu 17 gün ərzində bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bu sınaqdan şərəflə çıxdı, yeni tarixə, möhtəşəm uğura imza atdı". AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2014-2015-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

F.Ələsgərov deyib ki, ilk Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi: "Onun mədəniyyətini, ənənələrini, qonaqpərvərliyini, ölkəmizin və Bakının gözəlliyini dünyaya tanıtdı".

PA rəsmisinin sözlərinə görə, xüsusən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təkrarolunmazlığı və möhtəşəmliyi dövlətimizin qüdrətini, zəngin tarixi ənənələrini nümayiş etdirdi:

"Dünya yüksək təşkilatçılığın nümunəsini gördü. Yarışların, idmançıların və qonaqların mühafizəsinin yüksək şəkildə təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının rolu əvəzolunmazdır. Onlar asayişin və yarışların keçirildiyi obyektlərin qorunması, idmançıların, azarkeşlərin və digər qonaqların təhlükəsizliyinin təmin edilməsi, ölkəmizə gəlmiş dövlət və hökumət rəhbərlərinin müşayiəti və digər mühüm vəzifələri ən yüksək səviyyədə yerinə yetiriblər. Bu mötəbər tədbirinin əmin-amanlıq şəraitində keçməsinə töhfələr veriblər. Deyərdim ki, biz Qərb ölkələrinə örnək ola biləcək mədəni və nəzakətli, insan hüquqlarına riayət edən və onu rəhbər turan yeni Azərbaycan polisinin fəaliyyətini gördük".

F.Ələsgərov deyib ki, qarşıdan ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə - növbəti parlament seçkiləri gəlir: "İnanırıq ki, həmin dövrdə də daxili işlər orqanları öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər. Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində böyk məsuliyyət, əzm və fədakarlıqla çalışacalar"


Teqlər:





Xəbər lenti