İlham Əliyevə Çempion kəməri verildi

İlham Əliyevə Çempion kəməri verildi
  23 İyun 2015    Oxunub:2499
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb.

Qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim edib.

V.Şestakovun bildirib ki, prezident İlham Əliyev sambonun Azərbaycanda və bütün dünyada inkişafına göstərdiyi böyük xidmətlərə görə Sambonun Çempion kəmərinə layiq görülüb.

“Ümid edirəm ki, Sizin dəstəyinizlə sambo Olimpiya Oyunlarına yol tapacaq. Bu, ikinci belə kəmərdir. Birincisi Vladimir Vladimiroviç Putinə təqdim olunub”, deyə V.Şestakov bildirib.

Sonra Azərbaycan Sambo Federasiyasının Prezidenti Ceyhun Məmmədov qonaqlarla görüşüb.

Qeyd edək ki, iyunun 21-də Azərbaycan prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarının gedişini izləyiblər.


Teqlər:





Xəbər lenti