Mirşahin MTN-ə çağırış etdi – VİDEO

Mirşahin MTN-ə çağırış etdi – VİDEO
  22 İyun 2015    Oxunub:5058
“Bu, birbaşa Azərbaycan dövlətinə təxribatdır”.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev televiziyaların reytinqini müəyyən edən EGP şirkətinin Avropa Oyunları ilə bağlı təxribat hesabatı barədə fikirlərə münasibətini bildirib.

AzVision.az xəbər verir ki, Azərbaycan telekanallarının reytinq cədvəlinin məqsədli şəkildə aşağı olduğunu deyən Mirşahin Ağayev Milli Təhlükəsizlik Nazirliyinə çağırış edib.

O bildirib ki, bu məsələ Avropa Oyunlarına qarşı aparılan təxribatdır.

“Ayın 12-dən sonra bütün yerli kanalların reytinqi aşağı düşüb. Azərbaycanda AGP deyilən bir şirkət var. Faktiki olaraq Azərbaycan tamaşaçılarının zövqünü müəyyənləşdirir. Bu şirkətin Azərbaycan tamaşaçılarına hazırladığı provakasiyalar barədə “Hesabat” verilişində bir material vermişdim.

Sonradan bu materialın bir əks sədası da oldu. Buna görə Azərbaycanın dövlət strukturlarına təşəkkür edirəm. Məlumatdan sonra müəyyən işlərə başlayıblar.

Sual olunur: niyə I Avropa Oyunları başlayandan sonra AGP bu kanalların reytinqini aşağı salır, xarici kanalların reytinqini qaldırır? Əslində bu, Avropanın çağırdığı “boykot kampaniyası”na bizim AGP-dəki “dostlar”ımızın dəstəyidir.

Bu, milli təhlükəsizlik məsələsidir. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin peşəkarları necə ki, “Qara Kəmər” əməliyyatı keçirib bütün dünyaya səs saldılar, belə bir əməliyyata da bu fakt əsasında başlamaq lazımdır. Çünki bu, birbaşa Azərbaycan dövlətinə təxribatdır”.






Teqlər:





Xəbər lenti