3 gün bu yollara girməyin - Xəbərdarlıq
V.Əsədov qeyd edib ki, yol polisi yarışların startı verilən andan etibarən paytaxtın Azadlıq meydanından başlayaraq Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Vəli Məmmədov, Əziz Əliyev, Gənclər meydanı, İçərişəhər, Kiçik Qala, İstiqlaliyyət, Şeyx Şamil, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Parlament, Hüseyn Cavid, Landau, İnşaatçılar, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Bülbül, Üzeyir Hacıbəyov, Rixard Zorge prospekt və küçələri istiqamətində və bu küçələrlə kəsişən yollar üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə adıçəkilən yollarda şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir.
Sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar dairəvi yolla Badamdar, Yasamal və yaxud 20 Yanvar istiqamətində, həmçinin metronun "Gənclik", "Nərimanov" stansiyaları, Fətəli xan Xoyski, Koroğlu Rəhimov, Babək və s. küçələrlə hərəkəti davam etdirmək tövsiyə edilir.
Yol polisi qeyd edilən ünvanlar üzrə yaşayan vətəndaşlardan və avtomobil sahiblərindən vəziyyəti nəzərə alaraq şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi xahiş edir.