Prezident və ailəsinin qələbə sevinci - FOTOLAR

Prezident və ailəsinin qələbə sevinci - FOTOLAR
  14 İyun 2015    Oxunub:5004
Ötən gün Heydər Əliyev adına İdman Sarayında keçirilən yunan-Roma güləşçilərinin mübarizəsini Prezident İlham Əliyev və ailə üzvləri də izləyiblər.

Azərbaycan pəhləvanı Rəsul Çunayevin fəxri kürsünün ən yüksək pilləsinə qalxmasına ölkə başçısı ailəsi ilə birgə sevinib.

Dövlətimizin başçısı İlham Əliyev birinci Avropa Oyunlarının çempionu Rəsul Çunayevi təbrik edib.

Bundan əlavə dövlət rəhbəri və ailə üzvləri ilk Avropa Oyunları çərçivəsində “Baku Crystal Hall”da keçirilən karate yarışlarının gedişini izləyiblər. Yarışda idmançılarımız Firdovsi Fərzəliyev və Rəfael Ağayevin qızıl medal qazanması sevinclə qarşılanıb.

Çempionlara qızıl medalları prezident və xanımı təqdim ediblər.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti