Bakıda hicablı qız yoxa çıxdı - İŞİD izi (FOTO)

Bakıda hicablı qız yoxa çıxdı - İŞİD izi (FOTO)
  12 İyun 2015    Oxunub:9744
31 yaşlı Bakı sakini Şirinzadə Sevinc itkin düşüb.
Bu barədə AzVision.az-a onun yaxınları məlumat verib. Bildiriblər ki, itkin düşən S.Şirinzadə dinə bağlı xanım olub. Həyat yoldaşı radikal dini qruplaşmaların üzvü olduğu üçün DİN əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub. Həyat yoldaşının həbsindən sonra Sevinc də yoxa çıxıb. Qohumları artıq bir neçə aydır ki, onu tapa bilmədiklərini deyirlər.

“Biz bilmirik o haradadır. Hicablı qadın idi. Evli idi. Həyat yoldaşı Fəxri keçən ilin dekabr ayında həbs edilib. Fəxri radikal dini qruplara qoşulmuşdu. Onların övladları yoxdur. Biz Sevincin də elə bir qruplaşmaya qoşulduğundan şübhələnirik. Bəlkə də İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. 7 aydan artıqdır ki, Sevincdən bir məlumatımız yoxdur. Hadisə ilə bağlı müvafiq polis orqanlarına məlumat vermişik. Axtarış gedir”.

Qohumları Sevinci tapmaq üçün Bakıda küçələrə elan yerləşdirərək onu tapan şəxsə 1000 dollar məbləğində mükafat veriləcəyini bildiriblər.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti