“Qızıl medal qazanacağam...” - Karatenin “brilyantı”

“Qızıl medal qazanacağam...” - Karatenin “brilyantı”
  12 İyun 2015    Oxunub:7162
“Avropa Oyunlarında ancaq qızıl medal qazanmağı düşünürəm”.
Bunu AzVision.az-a açıqlamasında karate üzrə dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayev deyib.

Karatenin “briliantı” hesab edilən Ağayev bildirib ki, yığmamızın hazırlığı yüksək səviyyədədir.

“Gündə iki dəfə məşq etmişik. Komandamızda çox yüksək hazırlıq və mehribançılıq var. Bu oyunlar bizim üçün bir bayramdır. Sabah qızıl medal qazanaram, bu həm mənim, həm də Azərbaycan xalqı üçün ikiqat bayram olar. Ölkə başçısına təşəkkür edirəm. Bizə olan etimadı doğrultmağa çalışacağıq”.

İdmançı rəqiblərini yaxşı tanıdığını deyib: “Rəqiblərimin hər birini tanıyıram. İki nəfəri çıxmaqla digərləri ilə müxtəlif yarışlarda qarşılaşmışam. Ən güclü rəqibim isə İtaliya təmsilçisidir”.

Qeyd edək ki, Avropa Oyunlarında karate üzrə yarışlar iyunun 13-ü və 14-də “Bakı Kristal Zal”da baş tutacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti