“Cinayət artımı 5 dəfə deyil, 18,2 faizdir” - DİN

“Cinayət artımı 5 dəfə deyil, 18,2 faizdir” - DİN
  12 İyun 2015    Oxunub:1532
Dünən yerli KİV-lərdə dərc olunmuş "Namus cinayətləri çoxalır, amma..." başlıqlı məqalədə 2015-ci ilin üç ayında ölkədə qadınlara qarşı törədilən cinayətlərin sayının 5 dəfə artdığı, o cümlədən cari ilin I rübündə qadınlara qarşı 567, ötən ilin müvafiq dövründə isə 109 cinayətin qeydə alındığı bildirilib.

Bu rəqəmlərə münasibət bildirən DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov virtualaz.org saytına açıqlamasında həmin rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayıb: “Bu rəqəmlər həqiqəti əks etdirmir. Belə ki, bu ilin I rübündə qadınlara qarşı törədilən cinayətlərin sayı ötən ilin analoji dövründə törədilən cinayətlərin sayı ilə müqayisə edildikdə bu növdən olan cinayətlərin artımının 5 dəfə (!) yox, cəmi 18,2 faiz olduğu üzə çıxır. Bu hüquqazidd əməllərin profilaktikası sahəsində daxili işlər orqanları tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər müsbət nəticələrlə müşayiət olunaraq son 5 ildə qadınlara qarşı zorakı cinayətlərin sayı 2,1 dəfə azalıb. O cümlədən məişət zəminində cinayətlərin sayında 1,9 dəfə azalma qeydə alınıb. Bu müddətdə həyata keçirilən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində göstərilən növ cinayətlərin açılması orta hesabla 85,2 faiz təmin edilib”.


Teqlər:





Xəbər lenti