Bakıda 25 min polis səfərbər edildi

Bakıda 25 min polis səfərbər edildi
  11 İyun 2015    Oxunub:2139
“İyun ayının 12-dən 28-dək Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında 25 min polis işçisi ictimai təhlükəsizliyi qoruyacaq”.
Bunu AzVision.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

DİN rəsmisi bildirib ki, ictimai təhlükəsizliyi qoruyacaq əməkdaşlar arasında xanım polis əməkdaşları da var: “Xanım polislər də Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Onlar da ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb olunublar”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti