Bakıda tursitlər bilet tapa bilmir - VİDEO

Bakıda tursitlər bilet tapa bilmir - VİDEO
  11 İyun 2015    Oxunub:3983
Avropa Oyunlarının başlamasına vaxt qalsa da, açılış mərasiminə bilet qalmaması artıq bu oynlara marağın göstəricisidir.
ANS TV-nin məlumatına görə, ilk Avropa Oyunlarının açılış mərasiminə bilet almaq istəyənlər satış nöqtələrində sıxlıq yaradıblar. Tələbat böyük olsa da, ayın 12-də baş tutacaq mərasimə bir dənə də olsun bilet qalmayıb. Açılış mərasimi üçün satışa buraxılan 40 min bilet tam satılıb.

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında tamaşaçı kimi iştirak etmək istəyənlərin sayı çox olduğundan, oyun sessiyaları üçün nəzərdə tutulan biletlər də azalıb.

“Maraq ən çox üzgüçülüyə göstərilir. Bununla yanaşı güləş və döyüş növlərinə də maraq böyükdür. Hazırda adıçəkilən idman növlərinə bilet satışı başa çatıb. Eləcə də cüdo və sambo idman növlərinə tələbat çoxdur”, – deyə bilet satıcısı Nəzrin Yaqubov bildirib.

Bilet satın almaq istəyən turistlər diqqətimizi çəkdi. Maraqlıdır ki, yerli tamaşaçılar daha çox güləş və boks kimi döyüş növlərinə üstünlük verdiyi halda, əcnəbilər isə daha çox sinxron üzgüçülük və bədii gimnastika yarışlarına maraq göstərirlər.

“Avropa Oyunlara bilet almaq üçün bura gəldik. Atletika idman yarşının final qarşılaşması üçün bilet almaq istədim. Əslində mən karate idman növü yarışmasına üçün bilet alamq üçün gəlmişdim. Amma bilet olmadı. Özəliklə bir çox yarışlara artıq bilet qalmayıb, hamısı satılıb. Hazırda hansı yarışlara bilet qalıbsa, ona baxmaq üçün bilet alacam”, – deyə turist Sibel Taş qeyd edib.

“Məni üzgüçülük və sərbəst güləş maraqlandırır. Çünki ən güclü güləşçilər şimali Qafqaz və Azərbaycandan çıxır. Mən də gələcəm və bu yarışda idmançılarımıza azarkeşlik edəcəm”, – deyə turist Yelena Qaqloyeva vurğulayıb.

“Bakı 2015” oyunları ailə və dostlar üçün nəzərdə tutulmuş tədbirdir və 16 yaşından aşağı olan uşaqlar əksər yarış sessiyalarına pulsuz girmək hüququna malikdirlər.

Valideynlər pulsuz bileti əldə etmək üçün uşaqlara aid doğum haqqında şəhadətnaməni təqdim etməlidirlər.

Uşaqlarla yanaşı fiziki qüsuru olan insanlar da yarışlara pulsuz bilet əldə edə bilərlər. Bunun üçün əlilliyi təsdiq edən tibbi sənəd kifayətdir.

Ümumiyyətlə isə ilk Avropa Oyunlarına bir nəfər şəxsiyyəti təsdiq edən sənədlə açılış və bağlanış mərasimlərinə 8, yarışlara isə maksimum 6 bilet əldə edə bilər.

Bileti qanunsuz satanlar isə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən 2 mindən 7 min manatadək cərimə cəzası gözləyir.




Teqlər:





Xəbər lenti