İbrahimoviçi Azərbaycana kim və niyə gətirib?

İbrahimoviçi Azərbaycana kim və niyə gətirib?
  02 İyun 2015    Oxunub:2641
İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Bakıya gəlişinin səbəbi məlum olub.
AzVision.az-ın xəbərinə görə, İbra azərbaycana keçmiş qaydasız döyüşçü Faiq Babanlının dəvəti ilə gəlib.

F.Babanlı sportbox.az saytına açıqlamasında xəbəri təsdiq edib: “Biz Zalatanı dəvət etmişik ki, o, Azərbaycanla tanış olsun. Ona Bakı və regionları göstərəcəyik. İbrahimoviçin ölkəmizdə 3-4 gün qalması planlaşdırılır. Onun gəlişi nə “Bakı-2015”, nə də reklam çəkilişi ilə bağlıdır. Bunlar hamısı şayiədir. Mən və dostum Asif İlyasov Zlatana Azərbaycanın gözəlliyini nümayiş etdirmək fikrindəyik”.

F.Babanlı Zlatan İbrahimoviçin Azərbaycana ov etmək üçün gəlməsi haqda xəbərlərə də toxunub: “Zlatan ov həvəskarı deyil. O, daha çox ekstremal idman növlərinin həvəskarıdır”.


Teqlər:





Xəbər lenti