İsa Qəmbər Əli Kərimlini toya çağırmayıb

İsa Qəmbər Əli Kərimlini toya çağırmayıb
  01 İyun 2015    Oxunub:2946
İsa Qəmbər oğlu Turqutun toy mərasiminə cəbhəçiləri, o cümlədən keçmiş müttəfiqi Əli Kərimlini dəvət etməyib.
Sabiq Müsavat başqanının bu addımı qarşı tərəfdə gözlənilən olub.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı AzVision.az-a bildirib ki, İsa Qəmbər oğlunun toyuna Əli Kərimli ilə yanaşı onu da çağırmayıb.

Səbəbini isə F.Qəhrəmanlı İsa Qəmbərdən soruşmaq lazım olduğunu deyib.

“İsa bəy bizi toya çağırmayıb. Səbəbini bilmirəm. Çağırmayıb deyə toya getməmişik”.

İsa Qəmbər oğlunun toy mərasiminə Əli Kərimlidən fərqli olaraq Milli Şura sədri Cəmil Həsənlini dəvət edib.

AXCP sədrinin mərasimə dəvət olunmaması İsa Qəmbərlə münasibətlərinin yaxşı olmaması ilə bağlıdır.

Qeyd edək ki, ötən həftə Müsavatın keçmiş başqanı İsa Qəmbər oğlu Turqut Qəmbərə toy mərasimi keçirib.

AzVision.az



Teqlər:





Xəbər lenti