Yol qəzasında bir nəfər ölüb

Yol qəzasında bir  nəfər ölüb
  31 May 2013    Oxunub:1207
Xətai rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 00:30 radələrində 21 yaşlı Ağdam rayon sakini Hüseynov Nadir Nadim oğlu idarə etdiyi "NİVA" markalı maşınla Hövsan qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətdə hərəkətdə olarkən yoldan keçən piyadanı vurub.

Xəsarət alan 59 yaşlı Füzuli rayon sakini Abdullayev Əli Abdulla oğlu xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mirvari


Teqlər:





Xəbər lenti