“Keşlə bazarı” söküləcək

“Keşlə bazarı” söküləcək
  26 May 2015    Oxunub:3771
Nərimanov rayonundakı “Keşlə bazarı” söküləcək. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” söküləcək.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ilk Avropa Oyunları ilə əlaqədar həmin yolun Milli Olimpiya Stadionu ilə Atletlər kəndini birləşdirən hissəsi artıq inşa edilib: "Yolun qurtaracağında hasar çəkilib. Lakin yolun davamının çəkilməsi işləri qalıb. Layihəyə görə Həsən Əliyev küçəsinin davamının keçəcəyi ərazilərdə bazardan başqa həyət evləri də yerləşir. Ona görə də layihənin icrası hələ qalıb. Yəni işlərin nə vaxt başlanacağı və nə vaxt tamamlanacağı bəlli deyil. Əslində bu, adıçəkilən işlərin görülməsi üçün Maliyyə Nazirliyi tərəfindən maliyyə vəsaitinin nə zaman ayrılacağından asılıdır”.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, “Keşlə bazarı”nın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır. Obyektin söküləcəyi ilə bağlı bazarda çalışanlar da məlumatlandırılıb.


Teqlər:





Xəbər lenti