`Neft Daşları`nda iş dayandırılıb? - AÇIQLAMA

`Neft Daşları`nda iş dayandırılıb? - AÇIQLAMA
  25 May 2015    Oxunub:5277
`Neft Daşları`nda işlər dayandırılmayıb, hazırda əvvəlki günlərdə olduğu kimi işimiz davam edir.
Bunu AzVision.az-a açıqlamasında Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

`Neft Daşları`ndan insanların köçürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən şirkət rəsmisi qeyd edib ki, yayılan xəbərlər heç bir həqiqəti özündə əks etdirmir: “Bu dəqiqə mən əlaqə saxladım və oranın rəisi ilə danışdım. İnsanların oradan çıxarılması və işlərin yekunlaşması ilə bağlı yayılan xəbərin heç bir əsası yoxdur. Tam yalnış və yalan bir informasiyadır. Rəis mənə bildirdi ki, hazırda orada işlər davam etdirilir. İnsanlar isə öz işlərini görürlər. Heç kəs oranı tərk etməyib. Belə bir söhbətə isə heç bir əsas yoxdur. İşlər adi rejimdə davam edir. Hasilat prossesi də davam edir. Avropa Oyunları ilə bağlı da işlərdə heç bir dəyişkilik ola bilməz”-deyə Nizaməddin Quliyev vurğulayıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti