Evi yanan sakinlərin işıq pulu borcu silindi

Evi yanan sakinlərin işıq pulu borcu silindi
  21 May 2015    Oxunub:2862
Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinə öz dəstəyini göstərmək üçün “Azərişıq” ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, sakinlərin bütün elektrik borcları ASC-nin hesabına ödənilib.

Binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.

AzVision.az


Teqlər:  





Xəbər lenti