Azərbaycanla İran dini radikalizmə qarşı birləşir

Azərbaycanla İran dini radikalizmə qarşı birləşir
  15 May 2015    Oxunub:1862
Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.
Qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasına rəsmi səfəri haqqında danışaraq, səfərin yüksək səviyyədə təşkilinə görə səfir Möhsün Pakayinə öz minnətdarlığını bildirib. Komitə sədri bildirib ki, İranda müxtəlif məsələlər və layihələrlə bağlı çox səmərəli müzakirələr keçirilib.

O cümlədən, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə birgə layihələr həyata keçirmək, dini təhsil sahəsində təcrübə mübadiləsi və İslam dini ilə bağlı maarifçilik fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə DQİDK-nin sədri qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Möhsün Pakayin bu cür səfərlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xəttlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İran arasında qarşılıqlı etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti