“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir
  08 May 2015    Oxunub:1603
“Azərişıq” ASC-nin əməkdaşları adi günlərdə olduğu kimi, bayram günlərində də gücləndirilmiş iş rejimində çalışacaqlar.
Bu barədə AzVision.az-a qurumdan məlumat verilib.

Bildirilir ki, bayram günlərində enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə “Azərişıq” ASC-nin Mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək.

Ölkə üzrə ASC-nin tabeliyində olan xidmət sahələrində və Avtonəqliyyat xidmətlərində 9-11 may günlərində növbətçilik təşkil edilib, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılıb.


Teqlər:





Xəbər lenti