Elmi Cavab | Saç insana niyə lazımdır?

  28 May 2013    Oxunub : 729
Elmi Cavab | Saç insana niyə lazımdır?
Saçların bir neçə funksiyası var. Əvvəla, nəzərə alsaq ki, beyin – insanın ən vacib orqanıdır, başın yuxarı hissəsinin nisbətən sabit temperatur rejimini saxlamaq çox vacibdir.
Saçlar ilk növbədə buna xidmət edir. Belə ki, tüklərin altında qalan hava qatı başın səthinin istilik izolyasiyası funksiyasını yerinə yetirir.

İkincisi isə, saçlar həm də cinslərarası münasibətdə böyük rol oynayır. Heyvanlar aləmində aparılan müşahidələr göstərir ki, dişi fərdlərin erkək fərdləri seçməsində ikincinin tük örtüyünün inkişafı, əlvanlığı və gözəlliyi xüsusi rol oynayır. Çünki bu, orqanizmin gücü və imkanları, demək həm də sağlamlığı və nəsil artırma qabiliyyəti haqqında informasiya verir. Güman ki, insanlar arasında da belədir, sadəcə, bu proses bioloji səviyydə getdiyindən, biz onun fərqinə varmırıq.

Teqlər: