Ramil Usubov 23 ilin rəisini işdən çıxardı

Ramil Usubov 23 ilin rəisini işdən çıxardı
  04 May 2015    Oxunub:10596
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişkliyi baş verib.
AzVision.az xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.

Polkovnik Səyyəddin Səfərov artıq 23 ildir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov işğal olunmuş rayonların polis bölmələrinə kompleks-inspeksiya yoxlaması göndərib. İlk hədəfdə Zəngilan Rayon Polis Şöbəsi idi və orada DİN-in aidiyyəti əməkdaşları tərəfindən kompleks-inspeksiya yoxlaması aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti