`Vurğun Əyyub özü-özünü çıxartdı...` - Qalmaqal

`Vurğun Əyyub özü-özünü çıxartdı...` - Qalmaqal
  04 May 2015    Oxunub:2480
Müsavat başqanının müavini Səxavət Soltanlı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının I müavini Vurğun Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib.
AzVision.az-a açıqlama verən Səxavət Soltanlı qərardan xəbərsiz olduğunu bildirib: “Mən bu barədə qərarı mətbuatdan oxudum. Nizamnaməyə görə özək üzv qəbul edə və çıxara bilər. Vurğun Əyyub narazıdırsa, MNTK-a müraciət edər və araşdırılar. Bu nizamnamə tərəfidir”.

Siyasi tərəfinə gəlincə, S.Soltanlı bildirib ki, Vurğun Əyyub 8 aydır Müsavat partiyasının əleyhinə təbliğatın başında dururdu.

“O, özü özünü partiyadan çıxaran adamdır. Məncə bu qərarı ən çox arzu edən Vurğun Əyyub idi”-deyə, o əlavə edib.

Qeyd edək ki, Vurğun Əyyubun Müsavatdan çıxarılması qarşı tərəfin etirazına səbəb olub. Vurğun Əyyub tərəfdarı olan Adil Qeybulla bu addımına görə Müsavat sıralarından istefa verib. Qubad İbadoğlu isə Arif Hacılını ittiham edərək Vurğun Əyyubun Müsavatdan çıxarılmasının partiya tarixinə qara ləkə kimi düşəcəyini deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti