Vurğun Əyyub: `Müsavatdan niyə çıxarıblar məni?`

Vurğun Əyyub: `Müsavatdan niyə çıxarıblar məni?`
  04 May 2015    Oxunub:2336
Müsavat funksioneri Vurğun Əyyub partiyadan çıxarılmasından xəbərsizdir.
Bu barədə AzVision.az-a danışan V.Əyyub ona Müsavatdan çıxarılması ilə bağlı rəsmi məlumatın daxil olmadığını deyib.

“Bu barədə heç bir məlumatım yoxdur. Partiyadan məlumat almamışam. Bilmirəm nə vaxt və niyə çıxarılmışam. Rəsmi məlumat daxil olmadığına görə, münasibət bildirməyə çətinlik çəkirəm”.

Vurğun Əyyub Adil Qeybullanın da ona görə Müsavatdan istefa verməsindən məlumatsız olduğunu bildirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti