Müsəlman cins şalvar geyinə bilər – Hacı Şahin

Müsəlman cins şalvar geyinə bilər – Hacı Şahin
  29 Aprel 2015    Oxunub:4445
Türkiyəli din xadimi NurəddinYıldız cins şalvar geyinməyin müsəlmanlar üçün günah olduğunu deyib.
O hesab edir ki, müsəlman kişilər cins şalvar geyinməməlidir: “Təəssüf ki, indi həm Avropada, həm də Türkiyədə cins şalvar geyinilir. Bu şalvar kafirləri təqlid etmək sayıldığından onu geyinmək olmaz. Hətta avropalılar da cins şalvarları yüksək səviyyəli tədbirlərə gedəndə geyinmirlər. Bu geyim amerikalı çobanların geyimi sayılır. Ümumiyyətlə isə şalvar bizə uyğun geyim deyil. Gərək şalvardan tamamilə imtina edək, amma təssüf ki, belə imkanımız yoxdur”.

Bir çox dindarlar onun fikirlərini dəstəkləyərək cins şalvarın haram olduğunu iddia edirlər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin də məsələyə münasibət bildirib.

AzVision.az-a açıqlamasında dindar bildirib ki, İslam dinində bayağı geyimlər, insanın şəninə uyğun olmayan və yad mədəniyyətə təslim olmaq qadağandır:

“Cins şalvarı o kateqoriyalara aid etmək olmaz. Şalvar normal geyim formasıdır və onu qadağan etmir. Bunun nə elmi, nə də dini əsası yoxdur. Dində onu qadağan edən belə bir tələb yoxdur. Dinimiz cəmiyyətin qəbul etdiyi normalara, tələblərə cavab verən geyimi dəstəkləyir. Sadəcə olaraq insanı gözdən salan geyim, məsxərə obyektinə çevirən geyim olarsa, insanlar bu tipli geyimləri geyməsələr yaxşıdır. Dinimiz də bundan çəkinməyə çağırır”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti