`Vəzifəli şəxs`ə cinayət işi açıldı

`Vəzifəli şəxs`ə cinayət işi açıldı
  24 Aprel 2015    Oxunub:2385
Özünü vəzifəli şəxs kimi təqdim edən vətəndaşın qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla Yevlax rayon sakini Həsən Əliyevin özünü Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 500 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti