DİN 36 nəfəri həbs edib

DİN 36 nəfəri həbs edib
  24 Aprel 2015    Oxunub:1255
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 61 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti