200 nəfəri aldadan qadın həbs edildi

200 nəfəri aldadan qadın həbs edildi
  24 Aprel 2015    Oxunub:1627
Məşhur dələduz xanım həbs edilib.
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında deyib ki, Qazax rayon sakini Xatirə Əsgərovanı və qeyrilərini aldadaraq onların müxtəlif banklardan kreditlə götürdükləri külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Pərvanə Səfərovanın hələ də tapılmaması barədə səslənən fikirlərdə yanlışlıq var:

“Bu məsələ ilə bağlı Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Müstəntiq tərəfindən Pərvanə Səfərovanın həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Aprelin 15-də Pərvanə Səfərova Qazax RPŞ əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri, o cümlədən vətəndaşlara dəyən külli miqdarda ziyanın ödətdirilməsi istiqamətində tədbirlər davam etdirilir”.


Teqlər:





Xəbər lenti