Türkiyə 1915-ci il arxivlərini açdı
Sənədlərdə erməni quldur dəstələri və fərariləri barədə çoxsaylı faktlar göstərilib. Onlar 1915-ci ildə Anadolunun dinc sakinlərini qətlə yetiriblər.
Qeyd etmək lazımdır ki, 1915-ci ildə Mehmet Tələt Paşa Diyarbəkir valisinə teleqram göndərmişdi: “Son zamanlar şəhərdən deportasiya edilən ermənilərin boğazını qoyun kimi kəsiblər. Bizim məlumatımız var ki, ölənlərin sayı 2 minə yaxındır. Yerdəki vəziyyət barədə bizi məlumatlandırmağınızı tələb edirik. Biz hələ bilmirik, bunun arxasında kim durur – türklər, kürdlər, ərəblər, yoxsa ələvilər?” (orijinal mətndən sözbəsöz tərcümə). Bu teleqramdan sonra Diyarbəkirdə 1397 ölüm hökmü çıxarılmışdı. Məlum olmuşdu ki, ermənilərə hücum edənlərin 600-dən çoxu erməni əsilli fərari imiş.