Ramil Usubov polis bölmələrini yoxlatdırır

Ramil Usubov polis bölmələrini yoxlatdırır
  23 Aprel 2015    Oxunub:2056
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov işğal olunmuş rayonların polis bölmələrinə kompleks-inspeksiya yoxlaması göndərir.
AzVision.az-ın əldə etdiyi məlumata görə, nazir polis rəislərinin fəaliyyətlərinin yoxlanılması ilə bağlı göstəriş vetib. İlk hədəfdə Zəngilan rayon polis şöbəsidir.

Hazırda həmin şöbədə DİN-nin aidiyyəti əməkdaşları tərəfindən kompleks-inspeksiya yoxlaması aparılır.

Nazir fəaliyyətində nöqsanlar aşkar edilən polis rəislərinin cəzalandıracağını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti