Məşhur oteldəki qətllə bağlı DİN-dən AÇIQLAMA

Məşhur oteldəki qətllə bağlı DİN-dən AÇIQLAMA
  22 Aprel 2015    Oxunub:2177
Daxili İşlər Nazirliyi (DİN) “Avropa” otelində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti