Efirlərdəki Səma - FOTOSESSİYA

Efirlərdəki Səma - FOTOSESSİYA
  29 Yanvar 2013    Oxunub:3071
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasıın ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
On ikinci qonağımız gənc olmasına baxmayaraq, kifayət qədər tanınıb-sevilən radio və teleaparıcı Səma Abiyevadır.

Səma 1985-ci ildə, aprelin 19-da Bakıda anadan olub. Atasının jurnalist olması onda jurnalistikaya həvəs yaradıb. 2003-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Hazırda 106.3 radiosunda prodüser, Xəzər TV-də yayımlanan «Avtostop» verilişinin aparıcılarından biridir.
«Ədalət» qəzetində və Yurd TV-nın xəbərlər departamentində çalışıb. Həyat yoldaşı DJ Turalla həm də iş yoldaşı olmaq ona zövq, bir o qədər də böyük məsuliyyət hiss etdirir.
Azərbaycanda qadın sürücülər üçün ilk və tək olan «Qadın işi» rubrikasının müəllifi olmasından qürur duyur. Bütün vaxtını, enerjisini və fantaziyasını ailəsi və işi arasında vicdanla bölməyə çalışır. Ən çox sevdiyi məşğuliyyət isə özünü oğluna həsr etməkdir.
Həyat devizi: «Açılmamış qanadların böyüklüyü bilinməz»

Qalereya




Teqlər:  





Xəbər lenti