Azərbaycanda qıtlıq gözlənilirmi? - AÇIQLAMA

Azərbaycanda qıtlıq gözlənilirmi? - AÇIQLAMA
  14 Aprel 2015    Oxunub:1939
Ötən həftənin sonlarından başlayaraq ölkə ərazisində havanın temperaturu kəskin dəyişib, bəzi dağlıq bölgələrdə qar və güclü yağış yağıb. Meyvələrin çiçəkləndiyi bir vaxtda təbiətin gözlənilməz sürprizi məhsuldarlığın aşağı düşməsinə səbəb olacaqmı?
Bu sual ən çox fermerləri düşündürür. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən münasibət öyrəndik.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, hava şəraitinin yağmurlu keçməsi, eyni zamanda bölgələrdə yağışın daha da intensivləşməsi kənd təsərrüfatından da yan keçməyib: “Belə ki, müəyyən sahələrə, xüsusilə taxılçılığa, dənli bitkilər əkilən sahələrə həddən artıq müsbət təsir göstərib. Taxılın inkişafı üçün əlverişlidir. Biz bölgələrlə də əlaqə saxlayırıq. Taxıl hazırda boruya çıxma mərhələsindədir və bu zaman taxılın suya tələbatı çox olur. Ona görə də hava şəraitinin belə yağmurlu keçməsi, yağışların intensivləşməsi taxıla xeyirlidir və əlverişlidir”.

M.Hacıyev qeyd edib ki, dağlıq, dağətəyi bölgələrə və şimal bölgələrə 10 sm-ə qədər qar düşüb: “Şimal bölgəsi - tumlu meyvələr üzrə ixtisaslaşıb. Tumlu meyvələrdə elə bir oyanma yoxdur, amma Aran bölgəsində xüsusilə Samux rayonunda çəyirdəkli meyvələr (alça, ərik) erkən yazda çiçəkləyir. Bu meyvələrə Samux rayonunda təsir göstərib, yəni mayalanmaya təsir göstərib, şaxta almayıb amma çiçəyin mayalanmasına mənfi təsir göstərib”.

Nazirlik rəsmisinin sözlərinə görə, qar, yağışın yağması qıtlıq yaratmayacaq.

“Mən bir mütəxəssis kimi deyərdim ki, qorxulu hal yoxdur, ona görə ki, yazın ilkin gəlişində fermerler, kənd təsərrüfatı istehsalçıları əlavə aqrotexniki tədbirlər yerinə yetirməklə hər bir bitkinin özünün biologiyasına uyğun olaraq, onlarda yatmış tumurcuqlar olur. Yatmış tumurcuqların hesabına itirilmiş potensialı bərpa etmək mümkündür. Eyni zamanda yazlıqlar üçün də xüsusilə əlverişlidir. Aprelin sonları, mayn ayının ilk on günlərində bostan əkinləri başlayır. Ona görə əlverişlidir ki, torpaqda həddən artıq rütubətin toplanmasına gətirib çıxardacaqdır ki, bu da son nəticədə o bitkilərin yaxşı inkişaf etməsinə öz müsbət təsirini göstərəcək. Yəni elə bir ciddi fəsad olmayıb”,-deyə M.Hacıyev əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti