Aldadılan polislə bağlı DİN-dən açıqlama
DİN rəsmisi bildirdi ki, N.Mikayılov rəsi müavini yox, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi olub.
O.Mansurzadə N.Mikayılovun 2008-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyini də əlavə etdi.
Qeyd edək ki, Azərbaycanda polis rəisinin müavini dələduzluq hadisəsi ilə üzləşib.
"Report"un məlumatına görə, Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib. Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb. Bu səbəbdən N.Mikayılov Y.Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra rəis müavininin 8 min manat pulu Y.Həbibov tərəfindən geri qaytarılıb.
AzVision.az
Teqlər: