Macarıstanda oxumaq istəyənlər üçün ŞANS

Macarıstanda oxumaq istəyənlər üçün ŞANS
  13 Aprel 2015    Oxunub:1779
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2014-cü il noyabrın 11-də imzalanmış İş Proqramına uyğun olaraq, 2015-2016-cı tədris ilində Macarıstanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil almaları üçün 200 yer ayrılıb
Nazirlikdən AxVision.az-a bildiriblər ki, proqrama əsasən tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə təqaüdlər təklif edilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitetin yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən təmin edilir.

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Maraqlananlar üçün səhifənin qısa keçidi: https://azvision.az/redirect.php?url=http://xaricdetehsil.edu.gov.az/uploads/Macaristan/elan_Macaristan.pdfa

AzVision.az


Teqlər:





Xəbər lenti