Ölkəmizdə hər gün 473 körpə doğulur

Ölkəmizdə hər gün 473 körpə doğulur
  13 Aprel 2015    Oxunub:1604
Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti