Dəhşətli yanğında xəsarət alanların SİYAHISI

Dəhşətli yanğında xəsarət alanların SİYAHISI
  11 Aprel 2015    Oxunub:2076
Ötən gecə Bakının Xətai rayonundakı binada baş verən yanğın zamanı 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xəsarət alanlardan çoxuna ilkin yardım göstərilib. Onlardan çoxu tüstüdən zəhərlənib. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

AzVision.az ANS PRESS-ə istinadən xəsarət alanların siyahısını təqdim edir:

68 yaşlı Rəfiqə Vəliyeva
60 yaşlı Şəfiqə Musayeva
53 yaşlı Məlahət Hüseynova
53 yaşlı Samir Əliyev
48 yaşlı Ofeliya İbrahimova
43 yaşlı Maral Kazımova
43 yaşlı Təranə Əliyeva
43 yaşlı Faiq
41 yaşlı Təranə Məmmədova
30 yaşlı Orxan Babayev
16 yaşlı Anar Məmmədov

Qeyd edək ki, Zığ şosesi, 16 ünvanı, “Nargilə” kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti