Mehriban Əliyeva: `Moskva gəncliyimin şəhəridir`- FOTOLAR

Mehriban Əliyeva: `Moskva gəncliyimin şəhəridir`- FOTOLAR
  11 Aprel 2015    Oxunub:9923
Ötən gün Rusiyanın Moskva şəhərində `Bakı-2015` Avropa oyunlarının təqdimat mərasimi keçirilib.

Rusiya paytaxtı Moskvada bu ilin iyun ayında keçiriləcək "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, baş nazirin müavinləri Dmitri Roqozin, VTB bankın sədri Andrey Kostin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və başqa tanınmış simalar iştirak ediblər.

Təqdimat mərasimindən öncə qonaqlar Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi başlanıb. Çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iki ölkə arasındakı münasibətlərdən bəhs edib.

"Mən yenidən gəncliyim, tələbəlik illərimin, çox parlaq xatirələrim olan şəhərdə - Moskvada olmaqdan şadam. Yaxın və doğma insanların əhatəsində olmaq ikiqat xoşdur. Mən səmimi qəlbdən bu gecə bizimlə olduğunuz üçün dərin təşəkkürümü bildirirəm.

Biz Avropa oyunlarının təqdimatını bir neçə digər böyük şəhərdə - Roma, London, Paris, Afina, Ankara, Berlində də etmişik. Bu gün dost Rusiyanın paytaxtında da bu barədə danışacağıq".

Rusiya Olimpiya Komitəsinin prezidenti A.Jukov da "Bakı-2015" Avropa oyunlarının Təşkilat Komitəsinə uğurlar arzulayıb.

Sonda "Bakı-2015" Avropa oyunlarına görülən hazırlıq işlərinə həsr olunan film nümayiş olunub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti