Məleykə Əsədova işdən çıxır? - “Azdrama”da qalmaqal

Məleykə Əsədova işdən çıxır? - “Azdrama”da qalmaqal
  11 Aprel 2015    Oxunub:4452
Akademik Milli Dram Teatrında növbəti qalmaqal yaşanıb.
Bu dəfə teatrın direktoru İsrafil İsrafilovla xalq artisti Məleykə Əsədova arasında ciddi mübahisə baş verib və nəticədə aktrisa işdən çıxmaq üçün ərizə yazıb.

Teatrdan AzNews.az-a verilən məlumata görə, İ.İsrafilov “Mənim günahım” adlı tamaşanın məşq prosesini izləyərkən xalq artisti, rejissor Mərahim Fərzəlibəyova narazılıq edib.

Direktor rejissorun qarşısında tamaşanın bir çox yerlərinə düzəlişlərin edilməsi şərtini qoyub. İ.İsrafilovun bu göstərişindən əsəbiləşən “Nurcahan” obrazının ifaçısı Məleyk Əsədova direktora ağır sözlər deyib: “Sən direktor olandan bu günə kimi teatrı pis günə qoymusan. Sənin kimi adamla işləmək istəmirəm”.

İsrafil İsrafilov isə ona işdən çıxmağı məsləhət görüb: “İşləmək istəmirsənsə, ərizəni yaz, get”. Məleykə xanım da direktorun bu sözündən sonra ərizə yazaraq, teatrın binasını tərk edib.

Məsələ ilə bağlı teatrın direktoru İsrafil İsrafilovla AzNews.az-a dedi ki, yayılan məlumat şayiə xarakterlidir: “Teatrda belə söz-söhbətlər tez-tez olur. Bu gün mən Məleykə Əsədovanı iki dəfə qəbul etmişəm, ona bəzi məsləhətlərimiz olub. Məleykə xanım mənə dedi ki, yəqin ki, axşam tamaşada olacaqsınız. Mən isə ona bildirdim ki, təəssüf ki, Bakıda olmayacam”.

Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov isə xahiş etdi ki, onu bu işə qatmayaq: “Axşam tamaşam var, məni bu saat yalnız tamaşa maraqlandırır”.

Xalq artisti Məleykə Əsədova isə məsələ ilə bağlı yalnız bunları dedi: “Mən məşqdəyəm, danışa bilmirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti