Ən çox nöqsanlar olan dövlət qurumları -SİYAHI

Ən çox nöqsanlar olan dövlət qurumları -SİYAHI
  07 Aprel 2015    Oxunub:2459
Azərbaycan Hesablama Palatası apardığı yoxlamalar nəticəsində maliyyə nöqsanları aşkarlanan və bununla bağlı tədbirlər görülən dövlət qurumlarının adlarını açıqlayıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatında Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Gənclər və İdman, Səhiyyə nazirliklərində, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində müvafiq audit yoxlamaları apararaq, maliyyə nöqsanları aşkarlayıb.
Hər bir audit yoxlamanın nəticələri Milli Məclisə təqdim olunub.

Bununla bağlı qeyd olunan qurumlar üzrə müvafiq tədbirlər görülüb.


Teqlər:  





Xəbər lenti