Teymur Rəcəbovun səhhəti ilə bağlı AÇIQLAMA

Teymur Rəcəbovun səhhəti ilə bağlı AÇIQLAMA
  02 Aprel 2015    Oxunub:3225
“Teymur Rəcəbovun xəstəliyi elə də ciddi deyil”
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Şahmat Federasiyasından məlumat verilib.

Bildirilib ki, şahmatçının səhhətində böyük problem yoxdur: “Teymur Rəcəbovun elə də ciddi xəstəliyi yoxdur. Narahat olmağa əsas yoxdur. O, hazırda Almaniyadadır”.

Qeyd edək ki, mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib.

Səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək.

Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti